Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək
16.06.2026 [19:20]
Xəbərin mətni
Aqrar sahə üzrə yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyasının tətbiqi nəzərdə tutulur. Beynəlxalq kənd təsərrüfatı təcrübələrinə malik sertifikatlar ixrac bazarlarına çıxış üçün mühüm şərtdir. Biz yalnız məhsul istehsal etməməli, həmin məhsulu beynəlxalq bazarların tələb etdiyi keyfiyyət və təhlükəsizlik standartlarına uyğun təqdim etməliyik. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qubada jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib.