Azərbaycan Dövlət İnformasiya Agentliyi

Torpağın səthi təhlükəsiz təsir bağışlasa da, onun altında ölümcül təhlükə gizlənə bilər – Füzulidən reportaj

18.06.2026 [17:03]

Xəbərin mətni

İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, əhalinin təhlükəsiz və dayanıqlı məskunlaşması, həmçinin davamlı iqtisadi aktivliyin təmin olunaraq regionun yüksək inkişaf səviyyəsinə çatdırılması üçün ilkin mərhələdə torpaqların mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi əsas şərtdir. Bu məqsədlə bölgədə humanitar mina təmizləmə əməliyyatları planlı şəkildə və sürətlə davam etdirilir.