Məcnun Məmmədov: Dövlət Proqramının əsas məqsədi daha az resurs sərf etməklə daha çox və keyfiyyətli məhsul götürməkdir
22.06.2026 [17:05]
Xəbərin mətni
Fundamental tədbirlər kənd təsərrüfatı sahəsində birbaşa həyata keçiriləcək fəaliyyətləri, dəstəkləyici tədbirlər isə qanunvericilik təşəbbüslərini, institusional islahatları və rəqəmsallaşma istiqamətində görüləcək işləri əhatə edir. Bu gün Naxçıvanda keçirilən müşavirədə fundamental tədbirlərin icrası, özəl sektorun bu prosesdə iştirakı və dövlət tərəfindən göstəriləcək dəstək mexanizmləri barədə məlumat verildi. Xüsusilə heyvandarlıq, bitkiçilik və müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsinin əhəmiyyəti vurğulandı. Bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.