COP29-Millətlər Birliyinin kiçik ada dövlətləri üçün qrant proqramı təqdim olunub
23.06.2026 [18:31]
Xəbərin mətni
London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində tarixi Marlboro Sarayında Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Millətlər Birliyinin birgə təşkilatçılığı ilə inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim maliyyəsinə həsr olunmuş Tərəfdaşlıq Dialoqu keçirilib. AZƏRTAC xəbər verir ki, “Həssaslıqdan dayanıqlılığa: Millətlər Birliyinin inkişaf etməkdə olan kiçik ada dövlətləri və digər üzv ölkələr üçün iqlim maliyyəsinin səfərbər edilməsi” mövzusuna həsr olunmuş tədbirdə Millətlər Birliyinə üzv ölkələrin və bir sıra beynəlxalq təşkilatların nümayəndələri, eləcə də ekspertlər iştirak ediblər.