Dövlət dəstəyi fermerlərin çəltikçiliyə marağını artırıb – Lənkərandan reportaj
29.06.2026 [12:55]
Xəbərin mətni
Lənkəran rayonunda ənənəvi kənd təsərrüfatı sahələrindən olan çəltikçiliyin inkişafı istiqamətində işlər uğurla davam edir. Hazırda rayonda çəltik əkini yekunlaşmaq üzrədir və fermerlər sahələrdə son işləri görürlər. Əlverişli hava şəraiti və su təminatının qənaətbəxş olması əkin kampaniyasının vaxtında aparılmasına şərait yaradıb.