Türkiyənin nazir müavini: Türk dünyası eyni ruhla ortaq gələcəyini qurmaq üçün çalışır
29.06.2026 [17:09]
Xəbərin mətni
Birinci Türkoloji Qurultayın 100 ildən sonra yenidən Bakıda keçirilməsi Türk dünyasının ortaq tarixə, dilə və mədəni irsə sadiqliyini nümayiş etdirən əlamətdar hadisədir. Bu gün də 1926-cı ildə olduğu kimi, türk dövlətlərinin nümayəndələri eyni ruh və eyni məqsədlə bir araya gəliblər. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı söyləyib.