Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bir eyvanım keçmişə, digəri gələcəyə baxır...” REPORTAJ

29.06.2026 [18:18]

Xəbərin mətni

İşğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri öz bəhrəsini verir — Cəbrayıl şəhəri yenidən öz doğma sakinlərinə qovuşur. Otuz ildən artıq məcburi köçkünlük həyatı yaşayan ailələr bu gün böyük qürur hissi ilə yurdlarına dönərək yeni həyata başlayırlar. Doğma evinin qapısını yenidən açan qəhrəmanlarımızdan biri də təqaüdçü ziyalı ailəsi — Validə Həsənova və onun ömür-gün yoldaşı Ramiz İmanovdur. Onlar 1979-cu ildə ailə qurduqdan sonra Cəbrayıl şəhərində məskunlaşıb, uzun illər rayonun təhsil, idman və ictimai həyatında fəal iştirak ediblər. İşğalın acısını hər kəs kimi yaşayan, lakin ümidini heç vaxt itirməyən bu ailə ömürlərinin ahıl çağını elə doğma yurdlarında keçirir.