Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aktotı Raimkulova: Türk dünyasının gələcəyi həm də ortaq mədəni dəyərlərə söykənir

29.06.2026 [18:56]

Xəbərin mətni

Bir əsr əvvəl olduğu kimi, bu gün də Türk dünyasının alimləri, siyasi xadimləri, tədqiqatçıları, ziyalıları və türk əməkdaşlıq təşkilatlarının nümayəndələri ortaq gələcəyimizi müzakirə etmək üçün bir araya gəliblər. Bu, yüz il əvvəl Bakıda yaranmış birlik və əməkdaşlıq ruhunun bu gün də yaşadığını göstərir. AZƏRTAC xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən plenar iclasda deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI