Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rektor: Birinci Türkoloji Qurultay Türk dünyasının intellektual tarixində yeni mərhələnin başlanğıcı olub

29.06.2026 [21:32]

Xəbərin mətni

Yüz il əvvəl Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay Türk dünyasının intellektual tarixində yeni bir mərhələnin başlanğıcı olub. Burada müzakirə olunan məsələlər dövrün elmi problemləri ilə yanaşı, türk xalqlarının gələcək inkişaf konsepsiyasını müəyyənləşdirən fundamental ideyaları əhatə edib. Bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimində söyləyib.