Nazir müavini: Birinci Türkoloji Qurultay ortaq elmi düşüncənin formalaşmasına mühüm zəmin yaradıb
29.06.2026 [21:34]
Xəbərin mətni
Birinci Türkoloji Qurultay dil, ədəbiyyat, tarix və mədəniyyət məsələlərinin sistemli şəkildə müzakirə olunduğu ilk beynəlxalq elmi platforma kimi, Türk dünyasında ortaq elmi düşüncənin formalaşmasına mühüm zəmin yaradıb. Bu Qurultay, eyni zamanda, türk xalqları arasında mədəni və elmi yaxınlaşmanın ideya əsaslarını möhkəmləndirərək gələcək əməkdaşlıq üçün strateji yol xəritəsi rolunu oynayıb. Bu fikri mədəniyyət nazirinin müavini Səadət Yusifova “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi konfransda söyləyib.