Baş direktor: Azərbaycanda qanunvericiliyin müasirləşdirilməsi istiqamətində işlərin aparılması bizi sevindirir
30.06.2026 [14:43]
İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilkin olaraq keçmiş Yuqoslaviya münaqişəsinin nəticələrinin aradan qaldırılması məqsədilə Lion şəhərində keçirilən G7 sammitində yaradılmışdı. Həmin münaqişə zamanı 160 mindən çox insan həyatını itirdi, 40 min nəfər isə itkin düşdü. Bütün bu illərdən sonra məmnunluqla bildirirəm ki, region hökumətləri tərəfindən itkin düşmüş şəxslərin 75 faizdən çoxunun taleyinə aydınlıq gətirilib və Srebrenitsa soyqırımı zamanı itkin düşənlərin 90 faizdən çoxunun kimliyi müəyyən edilib. Bu, həqiqətən də, möhtəşəm nailiyyətdir və ümid edirik ki, bütün hökumətlər belə bir nəticəyə nail ola bilər. Bunu ICMP-nin baş direktoru Katrin Bomberger iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.