Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prorektor: AzMİU-nun strateji hədəfi dünya universitetləri arasında mövqeyini möhkəmləndirməkdir

01.07.2026 [12:09]

Xəbərin mətni

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) beynəlxalq elmi əməkdaşlığının genişləndirilməsi, reytinqlərdə mövqeyinin möhkəmləndirilməsi, elmi tədqiqatların keyfiyyətinin artırılması və innovasiya ekosisteminin inkişafı ali təhsil müəssisəsinin prioritet istiqamətləri sırasında yer alır. AzMİU-nun elmi işlər üzrə prorektoru professor Nigar Aslanova AZƏRTAC-a müsahibəsində xarici universitetlər və elmi mərkəzlərlə birgə layihələrin həyata keçirilməsi, “Scopus” və “Web of Science” indeksli jurnallarda məqalələrin sayının artırılması, yeni elmi laboratoriyaların yaradılması, startapların dəstəklənməsi və gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. Onunla müsahibəni təqdim edirik.