ATƏT tədbirində Ermənistana işgəncəyə məruz qoyduğu azərbaycanlılarla bağlı suallar ünvanlanıb
01.07.2026 [13:23]
Xəbərin mətni
“İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədr müavini Nəzrin Əliyeva iyunun 29-30-da Avstriyanın paytaxtı Vyana şəhərində “İşgəncə və pis rəftarın qarşısının alınması: Əməkdaşlığın və tətbiqin gücləndirilməsi” mövzusunda keçirilən ATƏT-in “3-cü Əlavə İnsan Ölçüsü Toplantısı”nda (SHDM III) iştirak edib.