Azərbaycan Dövlət İnformasiya Agentliyi

DİM-in əməkdaşı: Musiqi sənəti üzrə qabiliyyət imtahanlarında hər gün 90-dan çox abituriyent iştirak edir

03.07.2026 [13:38]

Xəbərin mətni

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarında hər gün 90-dan çox abituriyent iştirak edir. AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin əməkdaşı Günel Qulamova qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə təşkil olunan mediatur zamanı deyib. O bildirib ki, musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına iyulun 1-də start verilib və imtahanlar müxtəlif ixtisaslar üzrə davam edir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI