Vahid Hacıyev: “Yüksəliş” müsabiqəsi ölkənin insan kapitalının inkişafına mühüm töhfə verir
03.07.2026 [19:13]
Xəbərin mətni
“Yüksəliş” müsabiqəsi iştirakçılarının yarımfinala yüksəlməsi onların bilik, zəhmət və əzmkarlıqlarının nəticəsidir. Müsabiqənin əsas məqsədi ölkənin gələcək idarəçilərinin və peşəkar rəhbər kadrlarının formalaşdırılmasına töhfə verməkdir. AZƏRTAC xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı söyləyib.