Komitə sədri: “Yüksəliş” müsabiqəsində gələcəyin potensialı, məsuliyyət hissi, inkişaf etmək iradəsi qiymətləndirilir
03.07.2026 [19:24]
Xəbərin mətni
Şəhərsalma gələcəyi düşünərək qərar vermək mədəniyyətidir. Bu gün qəbul edilən qərarlar onilliklər sonra insanların necə yaşayacağını müəyyən edir. Ona görə də şəhərsalma məsuliyyət, uzaqgörənlik və balanslı qərar vermək tələb edir. AZƏRTAC xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən söyləyib.