Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəhman Hacıyev “Yüksəliş” müsabiqəsinin iştirakçılarına müraciət etdi: Hədəfinizə doğru inamla irəliləməlisiniz

03.07.2026 [19:38]

Xəbərin mətni

Mən sizə bir tövsiyə vermək istərdim ki, heç vaxt öyrənməyi və öz üzərinizdə işləməyi dayandırmayın. Bu proses ömürboyu davam etməlidir. Mənə elə gəlir ki, öyrənməyi dayandırmaq hansısa kurslara və ya təlimlərə getməməkdən başlamır. Bu, insanın komfort zonasına daxil olduğu, özünü tam rahat hiss etdiyi və “artıq hər şeyi bilirəm” deyə düşündüyü andan başlayır. Məncə, bu, insanın özünə qarşı obyektivliyini itirməsi deməkdir və ən böyük risk də məhz buradadır. AZƏRTAC xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI