Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lənkəranda ikinci çay yığımı

06.07.2026 [13:04]

Xəbərin mətni

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə regional inkişafın təmin olunması və regional resurslardan səmərəli istifadə edilməsi məqsədilə ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi strategiyası uğurla yerinə yetirilir. Bu kontekstdə qəbul edilmiş kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı ölkənin ənənəvi sahələrinin daha da inkişaf etdirilməsi, müasir texnologiyalardan istifadə, yerli istehsalın stimullaşdırılması və ixrac potensialının artırılması istiqamətində yeni mərhələnin əsasını qoyub. Belə ənənəvi sahələrdən biri də çayçılıqdır. Əsas çayçılıq bölgələrimizdən biri hesab olunan Lənkəran rayonunda fermerlər məhsul yığımını sürətləndiriblər və hazırda rayonda ikinci çay yığımı mövsümü uğurla davam edir. Əlverişli hava şəraiti, aqrotexniki qaydalara vaxtında və düzgün əməl olunması, həmçinin plantasiyalarda müasir suvarma texnologiyalarının tətbiqi bu il də yüksək məhsuldarlıq üçün zəmin yaradıb.