Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağalı kəndindən xarici bazarlara - intensiv bağlarda nektarin yığımı davam edir

07.07.2026 [17:48]

Xəbərin mətni

Böyük Qayıdışın ilk ünvanı olan Zəngilanın Ağalı kəndində salınmış intensiv meyvə bağlarında hazırda nektarin yığımı davam edir. Münbit torpaqlar, Həkəri çayının suyu və müasir aqrotexnologiyaların tətbiqi sayəsində yetişdirilən məhsulların əsas hissəsi xarici bazarlara ixrac olunur.