Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qurban Qurbanov: Kamilo Duranın yoxluğu bizə müəyyən çətinlik yarada bilər

08.07.2026 [21:24]

Xəbərin mətni

Komandada müəyyən çatışmazlıqlar var. Buna baxmayaraq, hazırlıqlarımız pis getmir. İstəyirik ki, azarkeşlərimizə yaxşı oyun göstərək. AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubu ilə keçiriləcək ilk oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.