Ramid Namazov: Süni intellekt və rəqəmsallaşma ölkələrin gələcəyini müəyyən edən strateji amilə çevrilib
09.07.2026 [18:48]
Bugünkü dünyada gedən proseslərə nəzər saldıqda aydın görürük ki, süni intellektin sürətli inkişafı, data mərkəzlərin yaradılması və rəqəmsallaşdırma artıq, sadəcə, texnoloji trend deyil, bu, ölkələrin gələcək iqtisadi mövqeyini, rəqabət qabiliyyətini və milli təhlükəsizliyini müəyyən edən strateji amilə çevrilib. Azərbaycanın rəqəmsal arxitekturasının qurulmasında, ümumiyyətlə, rəqəmsal transformasiyasında Prezident İlham Əliyevin strateji uzaqgörənliyi xüsusilə qeyd olunmalıdır. Bunu iyulun 9-da Parlamentdə keçirilən “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib.