Professor Səyyarə İbadullayeva: Qarabağ florasının öyrənilməsi Azərbaycan botanika elmində yeni mərhələ açıb
10.07.2026 [17:37]
Qarabağ və Şərqi Zəngəzurun zəngin florasının yenidən elmi tədqiqi Azərbaycanın botanika elmi üçün yeni mərhələ açıb. Bu ərazilərdə aparılan ekspedisiyalar nadir və endemik bitkilərin mövcud vəziyyətinin qiymətləndirilməsi, uzun illər müşahidə olunmayan növlərin yenidən qeydə alınması, habelə bölgənin biomüxtəlifliyinin bərpası istiqamətində mühüm elmi nəticələr əldə etməyə imkan verib. Qarabağ florasının öyrənilməsi, yeni “Qırmızı Kitab”ın hazırlanması və təbiət sərvətlərinin qorunması ilə bağlı həyata keçirilən tədqiqatlar həm ölkənin ekoloji təhlükəsizliyi, həm də gələcək nəsillər üçün böyük əhəmiyyət daşıyır. Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayeva AZƏRTAC-a müsahibəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan botanika tədqiqatlarının nəticələri, “Qarabağ florası” kitabının elmi yenilikləri, nadir bitkilərin mühafizəsi, Azərbaycanın bitki müxtəlifliyinin gələcəyi və biomüxtəlifliyin qorunmasının prioritetləri barədə danışıb. Müsahibəni təqdim edirik.