“Keşikçidağ” qoruğunda məktəblilər üçün növbəti maarifləndirici aksiya
10.07.2026 [19:45]
Xəbərin mətni
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən Keşikçidağ Kurqanlar Vadisinə ekskursiya təşkil edilib. Maarifləndirici tədbirdə Ağstafa Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) S.Məmmədov adına Poylu kənd tam orta məktəbinin "Ekologiya dərnəyi"nin şagirdləri iştirak ediblər.