IKEA-nın uğur hekayəsi
13.07.2026 [20:57]
Xəbərin mətni
İsveç dedikdə, ilk növbədə ağıla nələr gəlir?
ABBA, “Volvo”, Nobel mükafatı, Zlatan İbrahimoviç, “Uzuncorab Peppi” ... və əlbəttə ki, IKEA. Bu gün IKEA dünyanın ən böyük mebel brendlərindən biridir.
Hər şey 1943-cü ildə, 17 yaşlı isveçli İnqvar Kampradın kiçik Aqunnaryud kəndində şirkət qurması ilə başladı. Şirkətin akronim adı da buradan yaranıb:
İ - İnqvar,
K - Kamprad,
E - Elmtaryud - təsisçinin böyüdüyü ferma,
A – Aqunnaryud - ailə fermasının yerləşdiyi kənd.