Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmişli Şəkər Zavodu: Bu il şəkər çuğundurunun qəbulu və emalı 20 faiz artacaq

14.07.2026 [17:49]

Xəbərin mətni

Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı aqrar sahədə keyfiyyətcə yeni inkişaf mərhələsinin əsasını qoyub. Ölkənin ərzaq təhlükəsizliyini daha da gücləndirməyi hədəfləyən bu strateji proqram daxili bazarda yerli istehsalın payını artırmağı və idxaldan asılılığı minimuma endirməyi nəzərdə tutur. Bu çərçivədə texniki bitkilərin, xüsusilə də yüksək iqtisadi səmərəsi olan şəkər çuğundurunun istehsal potensialının maksimum reallaşdırılması da əsas məqamlardan biridir.