“Bizə ən əziz dost kimi qucaq açdınız” - Ukraynalı uşaqların Qəbələdə keçən bir günü REPORTAJ
15.07.2026 [12:56]
Xəbərin mətni
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn ukraynalı uşaqlar və onları müşayiət edən heyət artıq bir neçə gündür Qəbələdə qonaqdırlar. Onlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində həm peşəkar tibbi-psixoloji xidmətlər alır, həm də Azərbaycanın füsunkar təbiəti və qədim tarixi ilə tanış olurlar.