Azərbaycan Dövlət İnformasiya Agentliyi

ANAMA-nın sədri: Ən müasir texnologiyalardan istifadə olunsa da, minatəmizləmənin əsas hərəkətverici qüvvəsi insan əməyidir

17.07.2026 [11:53]

Xəbərin mətni

Bu gün ANAMA müasir texnologiyalar, innovativ metodologiyalar, mexaniki minatəmizləmə vasitələri, minaaxtaran itlər və yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə genişmiqyaslı əməliyyatlar həyata keçirir. Bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən media brifinqində agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.