Sədr: ANAMA-nın maddi-texniki bazası daha da möhkəmləndirilib, şəxsi heyətin sayı artırılıb
17.07.2026 [13:19]
Xəbərin mətni
ANAMA-nın hüquqi statusunun dəyişdirildiyi dövrdən agentliyin qarşısında mövcud və artıq müəyyənləşdirilmiş mina problemi miqyasına uyğun olaraq maddi-texniki bazanın gücləndirilməsi və insan resurslarının artırılması vəzifəsi qoyuldu. Biz də fəaliyyətimizi bu tapşırığa uyğun şəkildə təşkil etdik. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən media brifinqində agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.