İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır
07.08.2026 [20:14]
Xəbərin mətni
Qloballaşma şəraitində Azərbaycan dilinin qorunması ilə bağlı aktual məsələləri müzakirə etmək, uşaq və gənclərin bu istiqamətdə fikir və təkliflərini dinləmək əsas məqsədimizdir. Bu fikri “Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar” mövzusunda konfrans çərçivəsində açıqlamasında “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov söyləyib.