Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi
07.08.2026 [20:39]
Xəbərin mətni
Uşaq Səfirlər Məclisi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən ilk könüllü uşaq platformasıdır. Milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərən bu təşkilat uşaqların vətənpərvərlik ruhunda formalaşmasına, ana dilinə və milli kimliyə bağlılığının gücləndirilməsinə xüsusi önəm verir. Bu fikirləri müsahibəsində Uşaq Səfirlər Məclisinin üzvü Tanər Əsgərzadə söyləyib.