Əyyub Quliyev: Müslüm Maqomayevin sənəti ilə insanlığı bir-birini tamamlayırdı
17.08.2026 [20:36]
Xəbərin mətni
Müslüm Maqomayev Azərbaycan opera sənəti tarixində adı qızıl hərflərlə yazılmış böyük sənətkarlardan biridir. Sənətkarı hələ yeniyetməlik yaşlarımdan, musiqi ilə məşğul olduğum dövrlərdən tanıyıram. Atam, görkəmli tarzən Ramiz Quliyev ilə birlikdə onun yubiley konsertlərində iştirak etmişik. Müslüm Maqomayev Azərbaycan musiqisinin, eləcə də milli mədəniyyətimizin gələcəyi ilə daim yaxından maraqlanırdı. Bunu açıqlamasında Əməkdar artist Əyyub Quliyev deyib.