“2783 metr yüksəklikdə çəkiliş edəndə əllərimiz donmuşdu” – Ekstremal vəziyyətləri əbədiləşdirən fotoqrafla MÜSAHİBƏ
19.08.2026 [13:00]
Xəbərin mətni
Fotoqrafiyanın xüsusi istiqamətlərindən biri olan ekstremal və dağ fotoqrafiyası yalnız təbiət mənzərələrini lentə almaq deyil, həm də sərt hava şəraitində insanın təbiətlə mübarizəsini, riskləri və dağların özünəməxsusluğunu əks etdirməkdir. Bu sahə fotoqrafdan yüksək peşəkarlıqla yanaşı, fiziki hazırlıq, dözümlülük və təhlükəni düzgün qiymətləndirmək bacarığı tələb edir. Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən fotoqraflardan biri də Zamin Cəfərovdur.