Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 16 mindən çox mənzil verilib - Açıqlama

19.08.2026 [18:34]

Xəbərin mətni

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin, müharibə iştirakçılarının və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan mühüm proqramlardan biri də bu kateqoriyalara aid vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması proqramıdır. Proqram çərçivəsində indiyədək vətəndaşlara 16 mindən çox mənzil təqdim olunub. Bu sözləri müsahibəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.