Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaur İmrani: Xəzərin su balansında iqlim, hidrologiya və antropogen amillər mühüm rol oynayır

20.08.2026 [11:49]

Xəbərin mətni

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi son illərdə hövzənin qarşılaşdığı ekoloji və elmi problemlərdən birinə çevrilib. Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzərdə su səviyyəsinin dəyişməsi iqlim, hidrologiya və insan fəaliyyəti ilə bağlı amillərin təsiri fonunda araşdırılır. Alimlər xüsusilə temperatur artımının yaratdığı buxarlanma, çaylardan dənizə daxil olan suyun azalması və su ehtiyatlarından istifadənin Xəzərin su balansına təsirini öyrənirlər. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani söyləyib.