Mütəxəssis: Elmi əsaslandırılmış suvarma normalarının tətbiqi torpağın şoranlaşması riskini azaldır
21.08.2026 [12:33]
Xəbərin mətni
Azərbaycanın Kür-Araz ovalığında torpaqların müasir ekomeliorativ vəziyyətinin qiymətləndirilməsi, şoranlaşma risklərinin müəyyənləşdirilməsi və suvarma suyundan səmərəli istifadənin təmin edilməsi istiqamətində tədqiqatlar aparılır. Kür-Araz ovalığında düzgün suvarma rejiminə əməl olunmaması torpaqların təkrar şoranlaşması riskini artırır. Bu barədə AZƏRTAC-a müsahibəsində Coğrafiya İnstitutunun Layihələr və qrantlar sektorunun baş mütəxəssisi aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Azad Kərimov bildirib.