Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mütəxəssis: Xəzərin səviyyə tərəddüdləri davam edəcək, yenidən yüksəlmə mümkündür

24.08.2026 [12:58]

Xəbərin mətni

Xəzər dənizinin səviyyəsindəki dəyişikliklər son onilliklərdə bir-birini əvəz edən enmə və yüksəlmə mərhələləri ilə müşayiət olunub. Hazırda dəniz səviyyəsinin enməsi fonunda bu prosesin səbəbləri və gələcək dinamikası ilə bağlı müxtəlif fikirlər səslənir. Bu barədə AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Landşaftşünaslıq və təbiətdən istifadə laboratoriyasının müdiri coğrafiya elmləri doktoru, dosent Mirnuh İsmayılov söyləyib. O bildirib ki, Xəzərin səviyyə tərəddüdləri bir sıra amillərin təsiri ilə formalaşır və gələcəkdə yenidən yüksəlmə mərhələsinin başlaya biləcəyin istisna deyil.