Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda 26 yaşayış məntəqəsi üzrə 420 kilometr avtomobil yolu əsaslı təmir olunacaq – Açıqlama

24.08.2026 [16:03]

Xəbərin mətni

Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı son dövrdə atılan addımlar muxtar respublikanın qarşıdakı illər üçün inkişaf istiqamətlərinin kifayət qədər geniş olduğunu göstərir. Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri zamanı təqdim edilən layihələr də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Burada əsas məqsəd yalnız ayrı-ayrı sahələrin inkişafı deyil, bütövlükdə regionda iqtisadi fəallığın artırılması və insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılmasıdır. Bu sözləri açıqlamasında Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Əli İbrahimbəyli deyib.