Şahbuzda meşəlik ərazidə “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib - Təlim
25.08.2026 [10:19]
Xəbərin mətni
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində, Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında “İrimiqyaslı meşə, çöl yanğınlarının lokallaşdırılması və söndürülməsi zamanı idarəetmənin və qarşılıqlı fəaliyyətin təşkili” mövzunda yanğın-taktiki təlim keçirilib. Təlimə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Naxçıvan şəhər, Şahbuz, Babək rayon Dövlət Yanğından Mühafizə hissələrinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin Şahbuz rayon xilasetmə bölməsinin qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunublar.