Tarix, təbiət və ləziz mətbəx - yerli və xarici turistlərin üz tutduğu Kiş kəndi
27.08.2026 [12:25]
Xəbərin mətni
Avqust ayı ölkəmizdə turizm mövsümünün ən qaynar dövrü hesab olunur. İnsanlar daha çox dağ mənzərəli, bol oksigenli və tarixi abidələrlə zəngin məkanlara üstünlük verirlər. Belə turizm marşrutları arasında Şəkinin Kiş kəndi və onun tarixi abidələri öndə gəlir.