Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ənənəvi sənət, müasir imkanlar - Toxuculuq sənətinin sirləri “ABAD”çının əl işlərində

27.08.2026 [14:58]

Xəbərin mətni

“ABAD”çı Ramilə Adıgözəlova toxuculuqla fərqli və yaradıcı hobbi kimi məşğul olur. Onun toxuculuğa marağı hələ uşaq yaşlarından başlayıb. Bu sənətin ilk sirlərini nənəsinin yanında öyrənən Ramilə Adıgözəlovanın sonralar toxuculuğa həvəsi daha da artıb. O, sənətin texnikasını və nəzəri əsaslarını daha dərindən öyrənmək üçün kitab və jurnallara müraciət edib, sapların işlənməsi, müxtəlif toxuma üsulları və texnologiyaları ilə bağlı biliklərini təkmilləşdirib.