Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Qayıbov: Qubada keçirilən “Ulduz Cup” uşaqlar üçün böyük stimuldur

27.08.2026 [21:19]

Xəbərin mətni

Qubada 11 yaşadək futbolçular arasında keçirilən III “Ulduz Cup” beynəlxalq turniri artıq ənənəvi xarakter daşıyır və hər il müxtəlif ölkələrdən komandaların iştirakı ilə təşkil olunur. Artıq bu yarışlar ənənəvi xarakter daşıyır. Hər il burada bu turnir təşkil olunur. Sevinirici haldır ki, bir çox ölkələrdən komandalar gəlir. Elə komandalar var ki, hər il bu yarışa qoşulurlar. Yeni komandalarımız da var. Bu dəfə Polşadan komanda iştirak etdi və hətta qalib oldu. Bunu gənclər və idman naziri Fərid Qayıbov Qubada keçirilən beynəlxalq turnirlə bağlı jurnalistlərə açıqlamasında deyib.