Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oğuzda fermerin sınağı uğurlu oldu - 1 hektardan 35 tondan çox çiyələk yığıldı

28.08.2026 [12:31]

Xəbərin mətni

Avqustun qızmar günləridir. Günəş altında torpaqdan yüksələn istilik insanı yorsa da, Oğuz rayonunun Bayan kəndində çiyələk sahəsində hərəkətlilik səngimir. Sıralanmış cərgələr boyunca yetişən qırmızı çiyələklər bir-bir dərilir, yeşiklərə yığılır. Bir neçə ay əvvəl bu sahədə görülən işlərin nəticəsi artıq göz önündədir – bol və keyfiyyətli məhsul.