Məşqçi: Yay İdman Festivalında cüdo idman növünə böyük maraq göstərilir
28.08.2026 [18:44]
Xəbərin mətni
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Yay İdman Festivalına olan maraq böyükdür. Xüsusilə də cüdo idman növünə olan diqqət bizi çox sevindirir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın cüdo üzrə U-14 millisinin məşqçisi Afiq Səfərli "Sea Breeze" ərazisində keçirilən Yay İdman Festivalı barədə danışarkən deyib.