Yeni tədris ilində metroda qatarlar arasında interval azaldılacaq
28.08.2026 [19:47]
Xəbərin mətni
Bakı metrosunda xətlərin ayrılması ilə bağlı avqustun 15-də başlanan tikinti işləri davam etdirilir. Bu proses qatarların hərəkət sxemində müəyyən dəyişikliklərə səbəb olub. Yeni tədris ilində isə sərnişin axınının artması ilə əlaqədar qatarlar arasında intervalın azaldılması nəzərdə tutulur.