Azərbaycan Dövlət İnformasiya Agentliyi

Altı yaşında məcburi köçkün düşən Elçinin 12 yaşlı oğlu ilə yarımçıq qalan uşaqlığına sarıldığı gün – Xocavənddən REPORTAJ

30.08.2026 [12:39]

Xəbərin mətni

Qarabağ səmasında Günəşin ilıq şəfəqləri saçır... Xocavəndin illərlə sükuta qərq olmuş küçələrində indi tamamilə başqa bir nəfəs, başqa bir ruh var. Evlərin bacalarından qalxan tüstü, həyətlərdən gələn uşaq səsləri və küçələrdə hərəkət edən yük maşınları bu qədim yurdun yenidən dirçəldiyindən müjdə verir. Dövlətimizin həyata keçirdiyi Böyük Qayıdış proqramı çərçivəsində avqustun 25-də doğma ocaqlarına qovuşan növbəti 19 ailənin arasında Mirzəyevlər də var. AZƏRTAC-ın bölgə müxbiri Mirzəyevlər ailəsinin qonağı olub, onların həyəcanını, sevincini öz dillərindən dinləyib.