Naxçıvanda qəbul imtahanlarında birinci olan məzun: “Uğur təsadüf deyil”
31.08.2026 [13:47]
Xəbərin mətni
Naxçıvanda qəbul imtahanlarında ən yüksək nəticəni göstərən məzun bəlli olub. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin məzunu Elsun Əliyev 690,6 bal toplayaraq muxtar respublika üzrə birinci olub. Bu nəticə onun üçün təkcə yüksək bal deyil, illərlə davam edən məqsədyönlü hazırlığın, zəhmətin və böyük arzunun nəticəsidir.