Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda yayın son konserti təşkil olunub

31.08.2026 [15:12]

Xəbərin mətni

İsti yay axşamlarında paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə istirahət günlərində şəhərin sakinləri və çoxsaylı qonaqlarının sevimli istirahət yerlərindən olan Nərimanov rayonundakı yeni parkda, Yasamal rayonundakı “Meşə”, Nizami rayonundakı “Heydər Əliyev”, Xətai rayonundakı “Nizami Gəncəvi” və Səbail rayonundakı Mərkəzi Nəbatat parklarında açıq hava konsertləri keçirilib.