Baş prokuror: Azərbaycan ilə Çinin prokurorluq orqanları arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirik
31.08.2026 [15:48]
Xəbərin mətni
Çinli həmkarlarımızı Azərbaycanda görməkdən çox məmnunam. Əlbəttə, Azərbaycan və Çin bir çox ortaq cəhətlərə malikdirlər. Ölkələrimizin liderlərinin səyləri nəticəsində bu gün Azərbaycan ilə Çin strateji tərəfdaşdır. Bu, çox mühüm məsələdir. Bu sözləri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev avqustun 31-də Baş Prokurorluqda Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyəti ilə görüşdə deyib.