BMT-nin nümayəndəsi: Ərazilərin minalardan təmizlənməsi ilə bağlı beynəlxalq həmrəylik lazımdır
02.09.2026 [12:16]
Xəbərin mətni
Dünyada təxminən 57 ölkə mina və müharibənin partlamamış sursat qalıqları ilə çirklənmiş vəziyyətdədir. Bu, bütöv icmaların təhlükəsizliyinə, sağlamlığına, rifahına, yaşayış vasitələrinə və sülh perspektivlərinə təhlükə yaradır. Cəmiyyətin ən həssas üzvləri olan qadınlar və uşaqlar isə tez-tez bundan böyük zərər görürlər. Bunu Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransının açılış mərasimində Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident-əlaqələndiricisinin adından çıxış edən Nasar Hayat deyib.