Qazi: Mənzillə təmin olunmağım dövlətimizin bizə verdiyi böyük dəyərin göstəricisidir
02.09.2026 [12:24]
Xəbərin mətni
Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən hərbçilərdən biri də Naxçıvan şəhərində yaşayan baş leytenant İbrahim Cəlilovdur. Döyüşlər zamanı yaralanan və səhhəti ilə əlaqədar ehtiyata buraxılan baş leytenant İbrahim Cəlilov dövlətin diqqət və qayğısı ilə əhatə olunub.